Niderlandın "Ayaks" klubunda baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi Alfred Şroderi istefaya göndərib. Bu barədə Amsterdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.
Qeyd edək ki, Alfred Şroder mövsümün əvvəlində "Ayaks"ın baş məşqçisi təyin olunmuşdu. Komanda ölkə çempionatında 18 turdan sonra 34 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi