PSJ-nin qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 36 yaşlı qolkiper "Nottingem Forest"ə keçəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib. Premyer Liqa təmsilçisi Kosta rikalı "əlcək sahibi"ni mövsümün sonuna kimi icarəyə götürəcək.
Qeyd edək ki, PSJ Keylor Navası 2019-cu ilin yayında "Real"dan transfer edib. Təcrübəli qapıçı cari mövsümdə parislilərin heyətində 2 rəsmi matçda meydana çıxıb.