Kamerunlu hücumçu klubunu dəyişdi

13:27 - 27 Yanvar 2023

Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Lion"dan Karl Toko Ekambini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu mövsümün sonuna kimi icarə əsasında "Renn"də çıxış edəcək.

Qeyd edək ki, "Lion" Karl Toko Ekambini 2020-ci ilin yayında "Vilyarreal"dan transfer edib. Kamerunlu forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 19 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti