Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı “Traktor” klubu paylaşım edib.
Sportal.az xəbər verir ki, Təbriz təmsilçisinin paylaşımında terror aktı qınanılıb:
“Qardaş acısını qardaş çəkər. Tehrandakı Azərbaycan səfirliyinə olan hücumu qınayırıq. Terrora son”.
Qeyd edək ki, bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.