FIFA referisi Elçin Məsiyev 2023-cü ildə ilk beynəlxalq oyununa təyinat alıb.
Sportal.az xəbər verir ki, UEFA Gənclər Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 8-də Polşada Ukraynanın "Rux" (Lvov) və İtaliyanın "İnter" komandası arasında keçiriləcək oyununun baş hakimi Elçin Məsiyev olacaq.
Ona Rəhman İmamı və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Yatsek Malişek (Polşa) yerinə yetirəcək.
saytlarin hazirlanmasi