"Qarabağ"ın rəqibi cərimələndi

17:31 - 27 Yanvar 2023

Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" cərimələnib.

 

Sportal.az xəbər verir ki, buna azarkeşlərinin ölkə çempionatı çərçivəsində baş tutan “Brügge” ilə ev oyunundakı (2:0) davranışları səbəb olub.

 

Belçika Futbol Federasiyası fanatların qarşılaşmada priotexniki vasitələrdən istifadə etməsi və təhqiredici şüarlar səsləndirməsinə görə "Gent"i 1500 avro cərimələyib. Bundan başqa, “Gent”ə şərti cəza verilib. İnsident 1 il ərzində təkrar olunarsa, komandanın ev oyunlarını keçirdiyi “Gelamko Arena”nın 225-ci sektoru 1 oyunluq azarkeşlərin üzünə bağlanacaq.

 

Xatırladaq ki, "Qarabağ" - "Gent" görüşü fevralın 16-da Bakıda, cavab qarşılaşması 24-də Belçikada oynanılacaq.

 

Xəbər xətti