"Fatih Karagümrük"dən ayrılan Caner Erkinin yeni klubu müəyyənləşmək üzrədir.
Sportal.az xəbər verir ki, 34 yaşlı sol cinah müdafiəçisi "Başakşehir"də oynayacaq. Türkiyə millisinin üzvü bu gün İstanbul təmsilçisinin rəhbərliyi ilə görüşüb. Tərəflər arasında 1,5 illik müqavilə ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Caner Erkin 2021-ci ilin sentyabr ayından 2022-ci ilin dekabrınadək "Fatih Karagümrük"ün formasını geyinib. Təcrübəli müdafiəçi cari mövsümdə meydana çıxdığı 12 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi