Bu mövsüm istədiyi nəticələri əldə edə bilməyən "İnter" indidən növbəti mövsümün planlarını qurur.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu hücum xəttini "Liverpul"da çıxış edən Roberto Firmino ilə gücləndirmək istəyir. "İnter" yayda Mersisayd təmsilçisi ilə müqaviləsi başa çatan braziliyalı forvardı pulsuz heyətinə qatmağı düşünür.
Firmino özü də "İnter"də oynamağa isti yanaşır. 31 yaşlı hücumçu hazırda "Liverpul"da illik 10 milyon avro qazanır. Milan təmsilçisi futbolçuya illik 8 milyon avro maaş təklif edib. Tərəflər maaş məsələsində ortaq məxrəcə gəlsə, transfer baş tutacaq.
Qeyd edək ki, Roberto Firmino cari mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə meydana çıxdığı 21 rəsmi matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi