Qran Pri: 6 cüdoçumuz mübarizəyə qoşulur

12:32 - 28 Yanvar 2023

Portuqaliyanın Almada şəhərində keçirilən Qran Pri turniri davam edir. 

 

Sportal.az xəbər verir ki, yanvarın 28-də 4 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxacaq. 

 

Yarışın ikinci günündə kişilər arasında -73 kq. çəkidə Vüsal Qələndərzadə və Nurlan Osmanov, -81 kq. çəkidə Rüstəm Orucov və Elcan Hacıyev medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -63 kq. çəkidə Aytac Qardaşxanlı və -70 kq. çəkidə Südabə Ağayeva güclərini sınayacaq.

Xəbər xətti