"Bayer" "Qarabağ"ın istədiyi qapıçıya rəqib gətirdi

14:58 - 28 Yanvar 2023

Almaniyanın "Bayer" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Reyms"dən Patrik Pentsi transfer edib. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Avstriyalı qolkiperlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Patrik Pents bu ilin yayından "Reyms"də çıxış edirdi. 26 yaşlı "əlcək sahibi" Fransa klubunun heyətində 7 matçda meydana çıxıb.

 

Qeyd edək ki, "Bayer"in digər qapıçısı Andrey Lunyovu "Qarabağ" icarəyə götürmək istəyir.

Xəbər xətti