"Sportinq" "Barselona"nın müdafiəçisini transfer edəcək

16:40 - 28 Yanvar 2023

Pedro Porronu "Tottenhem"ə satmağa hazırlaşan "Sportinq" onun əvəzələyicisini tapıb.

 

Sportal.az xəbər verir ki, Portuqaliya klubu "Barselona"nın sağ cinah müdafiəçisi Hektor Belyerini transfer edəcək. Bu barədə "The Atletic" nəşri məlumat yayıb. Lissabonlular Porronun transferi tamamlandıqdan sonra ispan müdafiəçi üçün Kataloniya təmsilçisi ilə danışıqlara başlayacaq.

 

Qeyd edək ki, Hektor Belyerin "Barselon"ya 2022-ci ilin yayında azad agent statusu ilə keçib. 27 yaşlı futbolçu cari mövsümdə İspaniya klubunun heyətində 7 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti