"Yuventus"un futbolçusu Ueston Makkenni karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, ABŞ millisinin üzvü "Lids Yunayted"ə keçəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
Premyer Liqa təmsilçisi 24 yaşlı yarımmüdafiəçini 1,2 milyon avro qarşılığında icarəyə götürüb. "Lids Yunayted" yayda 33 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer edəcək.
Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən transfer edib. Amerikalı oyuncu cari mövsümdə Turin təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi