Caner Erkin İstanbul klubu ilə müqavilə imzaladı

19:34 - 28 Yanvar 2023

Türkiyənin "Başakşehir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Caner Erkini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyə millisinin üzvü ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Caner Erkin son olaraq "Fatih Karagümrük"də çıxış edib. Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti