Məhəmməd Salahın evi qarət olundu

20:15 - 13 Mart 2023

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahın evi qarət olunub.

Sportal.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb. 30 yaşlı hücumçunun Misirin paytaxtı Qahirənin Beşinci Qəsəbə adlanan ərazisində yerləşən villasına oğrular girib. 

Polislərin araşdırmasından sonra məlum olub ki, oğrular evə ziyan vurub və bir neçə elektrik cihazı oğurlayıblar. Misir polisi qarətçilərin axtarışı davam etdirir.

Xəbər xətti