"İnqulets" Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyevlə müqavilə müddətini uzatmaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, Premyer Liqa təmsilçisi Nağıyevə yeni bir illik müqavilə təklif edib.
27 yaşlı futbolçu hələ ki, təklifə konkret cavab verməyib və mövsümün sonunu gözləmək istədiyini bildirib.
Nağıyev yayda "Sumqayıt"dan ayrılaraq "İnqulets"ə keçmişdi.
"Dnepr"in yetirməsi olan Dmitrinin hazırkı klubunda qalacağı gözlənilir.