Milli komandamızın forvardı Mahir Emrelinin məxsus olduğu "Dinamo"da baş məşqçi ayrılığı baş verib.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi Ante Çaçiçin müqaviləsinə qarşılıqlı razılıq əsasında son verib.
Klub rəhbərliyi son 5 matçdakı uğursuz nəticələrə görə 70 yaşlı mütəxəssislə yollarını ayırıb.
"Dinamo" 27 turdan sonra 60 xalla birinci pillədədir. Amma komanda geridə qalan son 5 turda cəmi 1 qələbə qazana bilib.
saytlarin hazirlanmasi