"Traktor" liderə qalib gəldi

13:40 - 8 Aprel 2023

Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu doğma meydanda lider "Sepahan"ı qəbul edib. Qarşılaşma Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Görüşdə yeganə qolu Reza Əsədi vurub.

Xallarını 42-yə yüksəldən "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Sepahan" isə 52 xalla liderdir.

Xəbər xətti