"Mahir Emrelinin "Konyaspor"dakı çıxışını izləyirəm. Çünki onu çoxdandır ki, tanıyıram. Superliqaya yaxşı başlayıb".
Bu sözləri Sportal.az saytına açıqlamasında Fatih Kavlak deyib.
Vaxtı ilə "Qəbələ"də köməkçi məşqçi kimi çalışmış Kavlak son illərdə "Hatayspor" və "Giresunspor"da idman direktoru kimi işləyib.
Türkiyəli mütəxəssisin fikrincə, "Konyaspor" millimizin forvardının transfer hüququna sahib çıxmaq istəyə bilər:
"Konyaspor" Mahiri "Dinamo"dan transfer edə bilər. Bunu ehtimal etmirəm. Sadəcə demək istəyirəm ki, yəni “Konyaspor” bunu edə biləcək gücdədir. Mahirə uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi