Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Suvon"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 5:3 hesablı qələbəsiylə başa çatıb.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya satart heyətdə başlayıb. O, 76-cı dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
6 turdan sonra 11 xal toplayan "Tecon Xana Sitizen" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi