İdmançılarımız Ermənistandan qayıtdılar

22:40 - 15 Aprel 2023

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

Sportal.az xəbər verir ki, idmançılarımızı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən atletlərimiz Avropa çempionatında iştirak etməkdən imtina ediblər.

Xəbər xətti