Futbol üzrə Litva I Liqasında VI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun bir neçə gün öncə müqavilə imzaladığı "Yanova" səfərdə "Qarliava"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Nurlan Novruzov da bu görüşün iştirakçısı olub. Yeni komandasında debüt edən 30 yaşlı hücumçu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.
6 turdan sonra aktivində 1 xal olan "Yanova" 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi