Almaniya 3-cü Bundesliqasında 32-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Verl"i qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. O, komandasının ilk qolunun məhsuldar ötürmısini edib.
32 turdan sonra 39 xal toplayan "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi