Estoniya millisinin və "Arsenal"ın qapıçısı Karl Yakob Hayn AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Azərbaycana qarşı Bakıda keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.
Sportal.az "news|ERR" portalına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Bakıda qələbə üçün mübarizə aparacaqlarını söyləyib:
"Milli komandada oyunlar həmişə əlamətdar olur. Ölkəni təmsil etmək həmişə xoşdur. Qarşıdakı matçlar həmişəki kimi çətin olacaq, amma komandamız hazırdır. Biz Azərbaycana qələbə üçün gedirik. Bizə xallar lazımdır".
Azərbaycan - Estoniya oyunu iyunun 17-də Bakıdakı "Dalğa Arena" stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
"Nomme Yunayted" yetirməsi 2019-cu ildən “Arsenal”a məxsusdur. O, “Ridinq”də icarə əsasında çıxış edir.
saytlarin hazirlanmasi