Azərbaycan millisinin vingeri Mahir Emreli Xorvatiyaya yollanıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "Dinamo"nun düşərgəsinə qoşulub. O, Zaqreb klubunun heyətində Sloveniyaya yollanacaq. Emreli komandanın baş məşqçisi İqor Bisçanın etimadını qazanmağa çalışacaq.
25 yaşlı futbolçunun yeni mövsümə "Dinamo"da başlayıb-başlamayacağı hələ ki, dəqiq deyil. Başa çatan mövsümü icarə əsasında "Konyaspor"da keçirmiş Emrelinin Xorvatiya çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi