Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişdi - RƏSMİ

12:35 - 27 İyun 2023

Azərbaycanlı futbolçu Emil Mustafayevin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Ukraynanın "Polissya" klubuna keçib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Gənc vinger yeni klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Emil Mustafayev son olaraq "Aleksandriya"da çıxış edib. U-21 millimizin üzvü başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti