Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Hall Siti"də çıxış edən Ozan Tufanla danışıqları müsbət yekunlaşdırıb. Bu barədə "A Spor" məlumat yayıb. "Qara qartallar" 28 yaşlı orta xətt oyunçusu ilə razılıq əldə edib.
"Beşiktaş" türk futbolçunun klubu ilə razılıq əldə etsə, transfer tamamlanacaq.
Qeyd edək ki, Ozan Tufan "Hall Siti"yə ötən ilin yayında "Fənərbaxça"dan transfer olunub. Türkiyə millisinin sabiq üzvü Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 8 qol vurub.
saytlarin hazirlanmasi