Konfrans Liqasında final matçlarının məkanı açıqlandı

19:50 - 28 İyun 2023

Avropa Konfrans Liqasında 2023/2024 və 2024/2025 mövsümlərinin final matçlarının keçiriləcəyi məkanlar müəyyənləşib.

Sportal.az xəbər verir ki, 2023/2024 mövsümünün həlledici görüşü Yunanıstanın paytaxtı Afinadakı "Aya Sofiya" stadionunda oynanılacaq.

2024/2025 mövsümünün finalı isə Polşanın Vroslava şəhərində, "Slask" klubunun ev oyunlarını keçirdiyi stadionda baş tutacaq.

Hər iki final matçı 29 may tarixində keçiriləcək.

Xəbər xətti