Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynov Bolqarıstanın "Arda" klubunun heyətində növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, 20 yaşlı müdafiəçi SSKA-1948-ə qarşı yoxlama matçda iştirak edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Cəlal görüşə start heyətdə başlayıb.
Millimizin üzvü bundan əvvəl "Maritsa" hazırlıq oyununda iştirak etmişdi.
Qeyd edək ki, Cəlal Hüseynov "Arda" klubu ilə 3 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi