Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında çimərlik futbolu yarışları bu gün başa çatacaq.
Sportal.az xəbər verir ki, turnirin son günündə Azərbaycan millisi Moldova yığması ilə 5-ci yer uğrunda görüşə çıxıb.
Matç Zeynal Zeynalovun rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə başa çatıb və yığmamız 5-ci yeri tutub.
Azərbaycan - Moldova 4:2
Qollar: Nəzərov, 8 (1:0), Allahquliyev, 23 (2:1), Əliyev, 24 (3:1), Hüseynov, 24 (4:1)
Milli bundan əvvəl Polşaya (2:7), Portuqaliyaya (2:5), İspaniyaya (1:7), Ukraynaya (7:6) uduzmuşdu.
saytlarin hazirlanmasi