Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Taylanda yollanması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, "Qarabağ"dan ayrılan futbolçu artıq bu gün komandanın məşqinə qoşulacaq.
Bununla da, Şeydayev yeni komandasının heyətində ilk məşqinə çıxmış olacaq. Hazırda "Buriram Yunayted" hazırlığını Buriram şəhərində keçir. Hazırlığın növbəti mərhələsi üçün komandanın başqa ölkəyə yollanacağı planlaşdırılır.
Əlavə edək ki, 27 yaşlı futbolçu Tayland çempionu ilə iki illik müqavilə imzalayıb.