Azərbaycanlı futbolçu Vüsal İsgəndərli bu həftə "Eqnatiya" ilə müqavilə imzalayacaq.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçi sabah Albaniyaya uçacaq.
Tiranada Superliqa klubunun rəsmiləri ilə görüşəcək İsgəndərli müqavilənin bütün detallarını müzairə etdikdən sonra rəsmi müqavilə imzalayacaq. Müqaviləyə əsasən, Vüsal qarşıdakı iki ili "Eqnatiya"da keçirəcək.
27 yaşlı futbolçu "Rəvan", "Simurq", "Zirə", "Keşlə"(indiki "Şamaxı"), "Keçiörengücü", "Sumqayıt" klublarında oynayıb.
saytlarin hazirlanmasi