İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Sandro Tonalini rənglərinə bağlayıb. Bu barədə "sağsağanlar"ın rəsmi saytı məlumat yayıb.
"Nyukasl" 23 yaşlı orta xətt oyunçusu üçün İtaliya klubuna 70 milyon avro ödəyib. Futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Milan" Sandro Tonalini 2021-ci ilin yayında "Breşiya"dan transfer edib. İtaliya millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi