"İnter" Almaniya millisinin üzvünü transfer etdi

17:52 - 3 İyul 2023

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi Danimarkanın "Orxus" klubunun müdafiəçisi Yann Bisseki transfer edib. Bu barədə Fabritsio Romano məlumat yayıb.

"İnter" Almaniya U-21 millisinin üzvünün klubu ilə müqaviləsində yer alan 7 milyon avroluq sərbəstqalma məbləğini ödəyib. 22 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Orxus" Yann Bisseki 2022-ci ilin yayında "Köln"dən transfer etmişdi. Arxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti