Millimiz Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək

18:34 - 3 İyul 2023

Basketbol üzrə kişilərdən ibarət milli komandamız 2027-ci il Qətərdə keçiriləcək Dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.

Sportal.az xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində ilk mərhələnin oyunları 2024-cü il 19-27 fevral, 18-26 noyabr və 2025 -ci il 17-25 fevral tarixlərində baş tutacaq.

Millimiz ikinci seçmə mərhələyə adlayacağı təqdirdə isə, mübarizəni 2025-ci ilin iyununda da davam etdirəcək.

Seçmə mərhələnin püşkatma mərasimi avqustun 8-də Almaniyanın Münhen şəhərində keçiriləcək.

Xəbər xətti