Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəssr" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Səudiyyə ərəbistanı təmsilçisi "İnter"in yarımmüdafiəçisi Marselo Brozoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Əl Nəssr" xorvatiyalı orta xətt oyunçusu üçün "İnter"ə 18 milyon avro ödəyib. Brozoviç yeni klubu ilə 3 illik müqavilə imzalayıb. O, bu müddət ərzində 100 milyon avro qazanacaq.
Qeyd edək ki, "İnter" Marselo Brozoviçi 2016-cı ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü başa çatan mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi