Stiven Cerrard Səudiyyə Ərəbistanı klubunda

20:35 - 3 İyul 2023

İngiltərəli məşqçi Stiven Cerrardın yeni iş yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Əl İttifaq" klubunun baş məşqçisi təyin olunub. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, məşqçilik karyerasına "Liverpul"un akademiyasında başlayan Stiven Cerrard "Reyncers" və "Aston Villa"nı çalışdırıb.

Xəbər xətti