Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu yoxlama matçında qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi Bolqarıstanın "ÇSKA 1948" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Dinamo"nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard oyuna start heyətdə başlayıb. Millimizin hücumçusu 21-ci dəqiqədə komandasının ilk qolunu vurub.
saytlarin hazirlanmasi