Mahir Emreli yenidən Türkiyədə oynaya bilər

10:53 - 4 İyul 2023

Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emreli yenidən Türkiyədə oynaya bilər.

Sportal.az xəbər verir ki, 26 yaşlı forvardın xidmətində Konfrans Liqasında iştirak edəcək "Adana Demirspor" maraqlıdır. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

Qeyd edək ki, Mahir Emreli son mövsümün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib. Millimizin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti