Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Lex"in yarımmüdafiəçisi Kristoffer Velde ilə maraqlanır. Bu barədə Fabritsio Romano məlumat yayıb. "Ağ-qaralar" norveçli vinger üçün Poznan təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Lex" Kristoffer Veldeni 2022-ci ilin yanvar ayında "Höyqesunn"dan transfer edib. 23 yaşlı ön xətt oyunçusu Polşa klubunun heyətində meydana çıxdığı 58 rəsmi matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi