Super Liqa klubu gürcü futbolçu transfer etdi

14:30 - 4 İyul 2023

Türkiyənin "Hatayspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Jil Visente"dən Giorgi Aburcanianı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Jil Visente" Giorgi Aburcanianı 2021-ci ilin yayında "Kartaqena"dan transfer etmişdi. Gürcüstan millisinin üzvü Portuqaliya klubunun heyətində son mövsümdə meydana çıxdığı 35 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti