Daha bir futbolçu Avropanı Səudiyyə Ərəbistanına dəyişib.
Sportal.az xəbər verir ki, "Seltik"in yarımmüdafiəçisi Jota "Əl İttihad"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Əl İttihad" portuqaliyalı vingerlə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb. Ərəblər 24 yaşlı ön xətt oyunçusu üçün Şotlandiya klubuna 25 milyon avro ödəyib.
Qeyd edək ki, "Əl İttihad" daha əvvəl Kərim Benzema və Nqolo Kanteni heyətinə cəlb edib.
saytlarin hazirlanmasi