"Bavariya" gürcü qapıçını transfer etmək istəyir

15:10 - 4 İyul 2023

"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvili karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, gürcü qolkiperin xidmətində "Bavariya" maraqlıdır. Bu barədə Fabritsio Romano məlumat yayıb. Münhen təmsilçisi 22 yaşlı qolkiperlə şəxsi şərtləri razılaşdırıb.

Gürcüstan millisinin üzvü ilə İngiltərə və İtaliya klubları da maraqlanır.

Qeyd edək ki, "Valensiya" Giorgi Mamardaşvilini 2022-ci ilin yanvar ayında Tbilisi "Dinamo"sundan transfer edib. Gənc qapıçı son mövsümdə La Liqa təmsilçisinin heyətində 42 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti