Millimizin qolkiperi Fransa klubundan ayrıldı - FOTO

17:17 - 4 İyul 2023

Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadə "Klermon"dan ayrılıb.

Sportal.az xəbər verir ki, 20 yaşlı qolkiper Fransa klubunda qalmayacağı barədə sosial şəbəkədə paylaşım edib. O, paylaşımında sabiq komandasına təşəkkürünü bildirib. Futbolçunun yeni adresinin hara olacağı hələ ki, bəlli deyil:

"Vidalaşmağın vaxtıdır. Hər şeydən "Klermon"a təşəkkür etmək istəyərdim. Mənə klubda oynamaq imkanı verdiyiniz üçün, eləcə də, burada öyrəndiklərim üçün sizə təşəkkür edirəm. "Klermon"da keçirdiyim vaxtdan çox həzz aldım və komandanın heyətində keçirdiyim oyunlar, vaxtlarla bağlı xoş xatirələrim oldu. Bu müddətdə mənə verdiyiniz dəstəyə görə minnətdaram. Çox şey öyrəndim. İnkişaf etməyimə kömək edən bütün insanlara da təşəkkürümü bildirirəm. Kluba və onun tərəfdarlarına gələcəkdə uğurlar arzulayıram".


 

Mirbağırağa

Xəbər xətti