Mauro İkardi üçün 80 milyon avroluq təklif

15:49 - 4 İyul 2023

PSJ-nin hücumçusu Mauro İkardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, argentinalı forvardın xidmətində "Əl Şabab" maraqlıdır. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Ərəblər İkardi üçün PSJ-yə 20 milyon avro təklif edib. Keçid baş tutsa, 31 yaşlı ön xətt oyunçusu 2 illik müqavilə üçün 80 milyon avro qazanacaq.

Qeyd edək ki, Mauro İkardi son mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. Təcrüəbli hücumçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti