Millimizin qapıçısı komandasında qaldı

20:47 - 4 İyul 2023

Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli daha bir il Qazaxıstanda keçirəcək.

Sportal.az xəbər verir ki, o, "Atırau"da qalıb. Klub Hüseynlinin müqavilə müddətini bir il artırıb. Qolkiper özü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Rövşən ötən mövsümün yarısını da "Atırau"da keçirmişdi.

Xəbər xətti