"Qarabağ"ın rəqibində yeni kapitan

19:40 - 10 İyul 2023

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln"un kapitanı dəyişib.

Sportal.az xəbər verir ki, avrokuboklarda Roy Çipolinanı Bernardu Lopeş əvəz edəcək. Bu barədə Cəbəllütariq təmsilçisinin rəsmi saytı məlumat yayıb. Vitse-kapitanlar isə Liam Uoker və Li Kasyaro olacaq.

Qeyd edək ki, "Qarabağ"la "Linkoln" arasında ilk oyun 11 iyul tarixində Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq.

Xəbər xətti