Ərəblərdən "Latsio"ya 40 milyon avroluq təklif

20:50 - 10 İyul 2023

Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl Hilal" "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi transfer etmək istəyir. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Ərəblər 28 yaşlı orta xətt oyunçusu üçün İtaliya klubuna 40 milyon avro təklif edib. Serbiyalı futbolçuya isə 3 illik müqavilə təklif olunub.

Qeyd edək ki, "Latsio" Sergey Milinkoviç-Saviçi 2015-ci ilin yayında "Genk"dən transfer edib. Serbiya millisinin üzvü son mövsümdə Roma təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti