"Liverpul"un kapitanı Cerrardın komandasına keçə bilər

22:32 - 10 İyul 2023

"Liverpul"un kapitanı Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin xidmətində "Əl-Ettifaq" maraqlıdır. Bu barədə "L’Equipe" nəşri məlumat yayıb.

Tərəflər arasında danışıqların müsbət yöndə davam etdiyi bildirilir.

Qeyd edək ki, "Əl-Ettifaq"ın baş məşqçisi "Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrarddır.

Xəbər xətti