Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Tottenhem"də çıxış edən Davinson Sançesdir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Sarı-qırmızılar" 27 yaşlı mərkəz müdafiəçisi üçün London təmsilçisinə 9 milyon avroluq rəsmi təklif göndərib.
Qeyd edək ki, "Tottenhem" Davinson Sançesi 2017-ci ilin yayında "Ayaks"dan transfer edib. Kolumbiyalı arxa xətt oyunçusu son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 24 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi