İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Şaxtyor"dan Manor Solomonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi 23 yaşlı vingerlə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Şaxtyor" Manor Solomonu 2019-cu ilin yanvar ayında "Maccabi Petah Tikva"dan transfer etmişdi. İsrail millisinin üzvü son mövsümü icarə əsasında "Fulhem"də keçirib.
saytlarin hazirlanmasi